Santorini, Mikonos… Nə qədər gözəl, necə də baha… Yunan adalarına getmək istəyirsiniz, amma büdcəniz çatmır?

Daha az büdcə ilə gedə biləcəyiniz yunan adaları:
Naksos – bəyaz evlər, daşlarla örtülü yollar, əsl yunan ab-havasının hökm sürdüyü dar dalanlar. Burada hər daşın öz tarixi var. “Instagram” hesabınızı burada çəkdiyiniz fotolarla sevindirəcəksiniz.
Amorqos – elə bil Santorini, amma daha az turist və daha az səs-küy. Şəffaf sulu çimərliklərdə istirahət edib, tavernalarda yerli təamlardan zövq alacaqsınız.
Astipalea – burada da çimərliklər, tarixi abidələr və ənənəvi yunan evləri boldur. Qiymətlər münasib, atmosfer isə romantikdir.
Kos – digərləri ilə müqayisədə daha məşhur və böyükdür. Skuter icarə edib adanı başdan-başa dolana bilərsiniz. Avropanın ən qədim ağacı – Hippokrat ağacını görmək isə pulsuzdur.
Skopelos – bu ada yaşıl və mavi rənglərdədir. Bura çatmaq nə qədər çətin olsa da, ada özünə o qədər valeh edir ki, heç yerə getmək istəmirsən. “Mamma Mia” filmi də Skopelosda lentə alınıb.

Ətraflı məlumat üçün bizə yaza və ya zəng edə bilərsiniz:
Email: info@biletal.az
Mob: 099 303 39 69 (+whatsapp)