Afrika, planetimizin ən mübahisəli, sirli, yabanı və eyni zamanda cənnət qitəsidir. Alimlər planetin ilk həyatının məhs Afrikada ortaya çıxdığına inanırlar. Bu qitə inanılmaz dərəcədə yoxsul və eyni zamanda ən zəngin qitədir. Minerallerı və qiymətli daş ehtiyatları baxımından zəngin olan Afrika almazların dünya hasilatı üzrə üçüncü yerdədir. Yerli mədəniyyət və adət ənənələri əcnəbilərin marağını hər zaman cəlb etmişdir. Afrikada ən iri vəhşi heyvanlar, nadir ekzotik quşlar və ən təhlükəli həşəratlar növləri var ki, onlar heç bir başqa qitədə rast gəlinmir. Ən isti qitənin cənubunda hətta pinqvinlər də öz yerlərini tapdılar. Bəlkə məhs Afrika insan ayağının dəymədiyi yerlər olan yeganə qitədir. Bu unikal qitənin ən gözəl ölkələri haqqında sizə məlumat verəcəyik. Tanzaniya Tanzaniya Afrikadakı ən parlaq ölkələrindəndir. Qarla örtülü Kilimancaro dağı (hal hazırda sönmüş vulkan) və ən gözəl Afrika safarisi məhs Tanzaniyada yerləşir. Ölkənin bütün ərazisinin təxminən üçdə biri milli parklar və qoruqlardan ibarətdir. Tarangire parkı Tanzaniyanın ən böyük qoruğudur. Quraqlıq mövsümündə (iyun-sentyabr) heyvanlar çayın kənarına su içmək üçün gəlirlər, ilin bu vaxtında onları orada asanlıqla görə bilərsiniz. Yoxsul Afrika və sarı qumlar stereopipi Tanzaniyaya gəldiyiniz zaman dərhal dağılır. Lüks otellər, təravətli meyvələr və ətraf mühitin təmizliyi sevindirməyə bilməz. Bu ölkədə tropik meşələr, çaylar və parlaq rənglər məskanıdır. Tanzaniyanın şərqində Zanzibar cənnət adası yerləşir. Hər il on minlərlə adam həmin adanı ziyarət edir. Tanzaniyada bu günə qədər qədim ənənələr çox şərəfli hesab olunur və ehtiyatla qorunur. Burada çoxlu sehrbazlar və şamanlar var ki, bu da yerli mədəniyyətin təzahürüdür. Keniya Keniyanı ziyarət etmək üçün bir çox səbəblər var. Onlardan biri ekvatorun ölkə ərazisindən keçməsidir. Macəra axtaran bir çox insanlar ekvatoru keçmək arzusundadır. Eyni zamanda, bir çox alimlərin rəyinə görə məhs Keniyada, ilk düşünən insan əmələ gəlib. Bəzi tapıntıların 3 milyon ile qədər yaşı var. Keniyada 60 təbiət qoruğu vardır ki, bu qoruqlarda Keniyanın ən dəyərli varlıqları - şirlər, begemotlar, antiloplar, bəbirlər kimi nesli kəsilməkdə olan heyvanların cinslərinə rast gələ bilərsiz. Ovçuluq qəti qadağandır. Turizm ildən ilə inkişaf edir və ölkənin əsas gəlirinin məmbəyinə çevrilib. CAR Cənubi Afrika Respublikası – rəsmi olaraq Afrikanın yeganə inkişaf etmiş ölkəsidir. Bu ölkədə göydələnlərin və yüksək texnologiyalı yeniliklərilə bərabər, vəhşi heyvanların, mavi okean sularının və sonsuz düm ağ sahillərlə ahəngini seyr edə biləcəksiniz. Afrika ölkələri arasında heç vaxt dövlət çevrilişi və ya inqilab olmadığı yeganə ölkə olan CAR-da iqtisadiyyat və sənaye çox yaxşı inkişaf etmişdir. Ölkənin sanitar-epidemioloji vəziyyəti də sevindirir. Ölkənin böyük bir hissəsində krant suyunu içməkdən qorxmaq lazım deyil. CAR-a gələnlərin maragını çəkən yerlərdən biri də burada yerləşən və yaşı 2 milyard olan, yer üzərinə meteoritin düşməsi nəticəsində əmələ gələn böyük çuxur olur. Cənubi Afrika qızıl və almaz kimi bahalı metallar və mineralların hasiları üzrə liderdir. Botsvana Qitənin cənubunda yerləşən Botsvana, təqribən Texas ştatının ölçüsündədir. Ölkənin ərazisinin təxminən 70% -i məşhur Kalahari səhrası tutur. Afrika fillərinin ən böyük toplusu burada yerləşir. Hər il təxminən 130 min fillər qoruqlar və parklar boyunca miqrasıya edir. Bu qoruqlarda nesli kəsilmək təhlükəsi altında olan heyvan növləri qorunur. Botsvanada planetin ən böyük almaz mədən - Orapa mədəni yerləşir. Ölkədə olan bütün gəlirin 40% -ni təşkil edən brilyalardır. Bunun və müdrik siyasətin sayəsində Botsvana Afrikanın ən əlverişli ölkələrindən biridir, siyasi münaqişələrdə iştirak etmir. Afrikanın bütün çalarlarına rast gələ biləcək ölkədir.