Berlin mağazalarında – Friedrichstrasse, məşhur Kurfürstendamm və ya Hackescher Markt ətrafında – demək olar ki, hər istəyi yerinə yetirmək olar. Moda həvəskarları burada klassik, kreativ və ya ekstravaqant üslubda istədiklərini tapa bilərlər. Louis Vuitton və ya Valentino kimi dünyaca məşhur lüks markalardan əlavə, paytaxtda hər zövqə və büdcəyə uyğun mağazalar və butiklər mövcuddur. Gənc dizaynerlərin yeni modellərini və markalarını təqdim etdiyi kiçik butiklər və ya pop-up mağazalar xüsusilə məşhurdur.
Avropanın ən yaşıl metropollarından biri olan Berlinin küçə və xiyabanlarını təxminən yarım milyon ağac bəzəyir. Berlinin parklarında və meydanlarında dincəlmək və istirahət etmək üçün əla şərait var. Yaz və yay aylarındakı rəngarəng çiçəklənmə şəhərin qonaqlarını xüsusilə heyrətləndirir. Havel və ya Spree çayında qayıqla gəzinti və şəhərin mərkəzindəki böyük zooparkda gəzmək böyük zövq verir.
Paytaxtın tarixi abidələri və onun hadisələrlə zəngin keçmişi hər il dünyanın hər yerindən milyonlarla turisti cəlb edir. Çoxsaylı muzey və qalereyalarda qədim dövrlərdən avantqarda qədər alman və xarici incəsənət əsərlərini görə bilərsiniz. Opera və dram teatrları, müzikl teatrlarıvarietecanlı, təsirli və həyəcanverici tamaşaları izləmək mümkündür.
Berlin rəngarəng bir şəhərdir. Burada fərqli millət və dinlərin nümayəndələri, müxtəlif mədəniyyətlərinənənələrin daşıyıcıları yaşayır və işləyir. Buna görə də restoran və mağazaların müxtəlifliyi burada heç kəsi təəccübləndirmir: hər biri özünəməxsus şəkildə şəhər sakinləri və qonaqlarının adət-ənənələrinə uyğunlaşır.
Berlində darıxmaq mümkün deyil.