Nyu-York inanılmaz bir yerdir, həmişə oyaq, yatmayan bir şəhərdir. Bu meqapolis sonsuz cəzbedici enerjisi ilə dünyanın hər bir yerindən minlərlə turisti cəlb edir. “Yeni Vavilon”, ya da “Böyük alma” adlanan şəhər, tərəqqinin, müstəqilliyin və müvəffəqiyyətin simvoluna çevrilib. Əgər nə vaxtsa bu əsrarengiz şəhərə yolunuz düşsə, mütlək getməli olduğunuz yerləri yadınızda saxlayın. Nyu-Yorkun Azadlıq heykəli. Azadlıq heykəli abidəsinin ölçüsünü təsvir edərkən, çox vaxt bu günümüzə qədər gəlib çıxmayan Qədim Yunan abidəsi Rodos Kolosuyla müqayisə edilirlər. Böyük bir heykəl Amerika müstəqilliyinin 100-cü illiyi münasibətilə fransalılar tərəfindən amerikalılara hədiyyə olunmuşdur. Azadlığın İlahəsi, bir əlində yanan məşəli, digər tərəfdən - Müqəddəs kitabı tutur. Azadlıq Heykəlinin hündürlüyü 93 metrdir. “Times” meydanı Parlaq neon işıqlar ilə işıqlanan möhtəşəm küçə, bir növ dünyanın mərkəzidir. Nyu-Yorkun və bütövlükdə ABŞ əsas meydanı, hər il özünə 40 milyondan çox turisti cəlb edir. “Times” Meydanı ABŞ-ın maliyyə mərkəzi adlanır. Çünki bu məhşur küçədə bir çox maliyyə mərkəzləri- Amerika Bankın mərkəzi, “New York Times” binası, Reyter Agentliyi və dünya iqtisadiyyatına təsir göstərən digər mühüm mərkəzlər yerləşir. Məşhur bu küçə yalnız turistlər tərəfindən deyil, həm də dünya ulduzları tərəfindən çox sevilir. Məhs bu küçədə ən səs-küylü və rəngarəng bayramlar qeyd olunur. Milad mövsümü zamanı küçənin gözəlliyi və turist axını daha da böyükdür. Empire Dövlət binası Tikintisi 11 ay davam edən, Amerikada yüksəkliyinə görə beşinci yerdə olan və 103 mərtəbədən ibarət olan bu göydələn Manhettan adasında yerləşir. Dünya şöhrətli göydələn, müxtəlif şirkətlərin yerləşdiyi ofis binasıdır. Bu binanın 86-cı və 102-ci mərtəbələrində iki müşahidə platformaları var. Bu müasir arxitektura nümayəndəsi ar-deko üslubuna aiddir. Göydələn Amerikanın milli tarixi abidələrinə aiddir. Binanın əksini müxtəlif poçt markalarının və suvenirlərin üzərində rast gələ bilərsiz. Metropoliten İncəsənət Muzeyi Nyu Yorkun ziyarət etməli olduğunuz əsas yerlərindən biri də böyük və ən məşhur sənət muzeyi olan - Metropoliten Muzeyidir. 1870-ci ildə qurulan bu muzey, ziyarət olunma tezliyinə görə dördüncü sırada qərarlaşıb. Muzeyin əsas eksponatları - 174 tablo və sənət əsərləri, eləcə də Xalsa, Van Deyka, Tyepolo, Rembrandt və Rafaelin əsərləri, o cümlədən, Avropa rəssamlarının ən böyük kolleksiyaların saxlandığı və nümaiş olunduğu yerdir. Muzeyin neoklasik fasadın arxasında, inşaatı müxtəlif dövrlərə aid olan və bir biri ilə nərdivanlarla və kiçik keçidlərlə birləşən bir neçə tikintinin olduğunu gizlədir. Nyu-York Mərkəzi Parkı Nyu-York Mərkəzi Parkı da Manhattanda yerləşir. Bu park şəhərin kəsilməyən səs-küyündən və tünlüyündən qaçıb istirahət etmək istəyənlərin ən sevimli yerlərindən biridir. Yerli sakinlər, eləcə də turistlər, təbiətin bütün rəngləri ilə göz oxşayan nağıl parkına baş çəkməyə can atırlar. Bu park bir anlıq sizin dünya meqapolisində olduğunuzu unutdurur. Ziyarətçilər ağacdələnləri və göyərçinləri yemləmək üçün və ya sadəcə təbiətə heyran olmaq üçün bura tələsirlər. Yerli əhali bu parkın xüsusiylə payız mövsümündə gözəl olduğunu deyirlər. Çünkü payiz Nyu Yorkda möhtəşəmdir. Həyat sizi bu gözəl parka gətirərsə, piknik təşkil etsəz əla olar. Bruklin körpüsü Köprünün tikintisinin təməli 3 yanvar 1870-ci ildə qoyulduğu dövrdə mühəndislik dünyasında bir partlayış yaşandı. Bu zaman yerli əhali: "Çökməyəcəkmi?"- deyə maraq və təşviş içində idilər, çünki körpü asılmış körpü olub, polad kəndirlərin üzərində asılıb. Tikinti düz 13 il davam etdi. Bu gün Bruklin körpüsü gecələr özünəməxsus işıqlandırılır və bütün memarlıq qabiliyyətin möhtəşəmliyini nümayiş etdirir. Hal-hazırda bu körpü texniki tərəqqinin simvolu hesab olunur. Kraysler binası "Chrysler" avtomobil şirkətinə məxsus məşhur göydələn 1930-cu ildə Volter Krayslerin sifarişi ilə tikilib və 77 mərtəbədən ibarətdir. Maraqlı fakt odur ki, keçirilmiş sorğu nəticəsində, amerikalıların onundan doqquzu ən sevdiyi göydələn kimi Kraysler binasını qeyd ediblər. Bu heç də təəccüblü deyil, çünki onun ar-deko memarlıq üslubu bütün möhtəşəmliyi ilə təzahür olunur. Bir sözlə modernizmin parlaq nümunəsidir. Zamanında Kraysler binasının üst hissəsində müşahidə platforması var idi. Sonradan ora restorana çevrildi. Amerika Təbiət Tarixi Muzeyi Planetimizin ən görkəmli və məşhur muzeylərindən biri Amerika Təbiət Tarixi Muzeyidir. Hər il 100-dən çox ekspedisiyaya sponsorluq edən bir elm incisi 1968-ci ildə təsis edilmişdir. Dəfələrlə yenidən qurulub və rekonstruksiya olunmuşdur. Bu gün bu muzey böyük bir ərazini- dörd məhəlləni tutur. Muzey müxtəlif elmlərə: okeanoqrafiya, mineralogiya, ekologiya, paleontologiya və digərlərinə həsr olunmuş eksponatlarla zəngindir. Nadir arxivlərin, filmlərin, fotoşəkillərin, sənədlərin nüsxələri saxlanılır. Muzeydə həmçinin nadir kitab kolleksiydan ibarət böyük bir kitabxana var. Orada istənilən elm istiqamətləri ilə maraqlanan insanların nəfəsini kəsə biləcək nadir eksponatlar var. Məsələn, geologiya və qiymətli daşlar sevərləri "qiymətli daşlar" zalı gözləyir. Kosmos pərəstişkarı üçün bu muzeydə "Meteoritlər" zalı var. "Okean həyatı" zalında isə ilk həyatın suda necə əmələ gəlməsi haqqında filmi də görə bilərsiniz. 11 sentyabr Milli Memorial və Muzeyi Təəssüf ki, Nyu-Yorkdakı bütün yerlərin təməli xoşbəxt bir başlanğıcla başlamayıb və müsbət xatirələrlə əlagəli deyil. Belə yerlərdən biri də 11 sentyabr Milli Memorialı və Muzeyidir. Bu abidə 2001-ci ildə baş verən dəhşətli terror aktı zamanı darmadağın olunmuş Dünya Ticarət Mərkəzinin yerində tikilmişdir. Dəhşətli hadisənin qurbanı 2977 nəfər olmuşdur. Memorialın müəllifi memar Maykl Arad olub, sonradan isə landşaft dizaynı Piter Volker ilə birlikdə ərsəyə gətirilmişdirlər.